Biz kukilərdən istifadə edirik və bu, problem deyil.
Gestaltda olduğu kimi, burada da əlaqə əsasdır. Veb saytımızın düzgün işləməsini, sizi xatırlamasını və hər ziyarətlə təkmilləşdirilməsini təmin etmək üçün kukilərdən istifadə edirik.
Biz kukilərdən istifadə edirik və bu, problem deyil.
Seçimləriniz sizin məsuliyyətinizdədir
Burada sizin haqqınızda nə bilə biləcəyimizə qərar verirsiniz. İstənilən vaxt — mühakimə və təzyiq olmadan — kukiləri aktivləşdirin və ya deaktiv edin.
Biz geştalt-terapiya ənənələrinə əsaslanaraq insanın özünü sərbəst ifadə edə bildiyi bir transformasiya mühiti yaradırıq.
Humanizm
Hər bir insanın potensialına inanırıq
Birgə yaradıcılıq
Bir-birimizi anlamağımız və dəstək göstərməyimiz üçün yaratdığımız məkan
Unikallığımız
Geştalt-terapiyanın ənənəvi yanaşmasını qoruyub saxlamaqla yanaşı, innovativ metodlardan da istifadə edirik
Geştalt-terapiya — humanist yanaşmaya əsaslanan psixoterapiya sahəsidir.
Təlimlərimizdə geştalt-terapiyanın bütün nəzəri əsaslarını, həmçinin nəzəriyyə ilə üst-üstə düşən metodu şövq və inamla çatdırırıq. Bu yanaşma tələbələrimizə təcrübəmizin təməlini təşkil edən Self və Sahə nəzəriyyələrini öz praktikalarında uğurla tətbiq etməyə kömək edir.
Geştalt-terapiya — humanist yanaşmaya əsaslanan psixoterapiya sahəsidir.
Təlimlərimizdə geştalt-terapiyanın bütün nəzəri əsaslarını, həmçinin nəzəriyyə ilə üst-üstə düşən metodu şövq və inamla çatdırırıq. Bu yanaşma tələbələrimizə təcrübəmizin təməlini təşkil edən Self və Sahə nəzəriyyələrini öz praktikalarında uğurla tətbiq etməyə kömək edir.
Təlimin strukturu
Kontaktdan əvvəlki qarşılıqlı təsir
I pillə
Psixoterapiya və təlimin strukturuna həsr olunan giriş xarakterli beş modul
Şəxsi təcrübədən peşəkar yanaşmaya
II pillə
408 təlim saatı ərzində geştalt-terapiyanın əsas konsepsiyalarını təcrübə əsasında öyrənəcəyik
Təlim proqramı müxtəlif milli və Avropa psixoterapiya təşkilatlarının müəyyənləşdirdiyi meyarlara uyğundur.
Proqram İspan Geştalt-Terapiya Assosiasiyası tərəfindən təsdiq olunub (AETG)
преимущества
Rahat təlim mühiti
təlim prosesi elə təşkil olunub ki, iştirakçılar öyrənməyə tam fokuslana bilsinlər: hər kəs didaktik materiallarla təmin olunur, dərslər üçün hər cür şərait yaradılır və bu müddət ərzində operativ dəstək göstərilir.
Təcrübənin didaktik materiallara inteqrasiyası
proqramın hər bir mərhələsində nəzəriyyə təcrübə ilə sıx əlaqəlidir
Avropa məktəblərinin masterlərindən təlim almaq imkanı
Geştalt-terapiya sahəsindəki aparıcı mütəxəssislərin təcrübə və biliklərindən faydalanmaq
Qrup və təlimçilərlə canlı ünsiyyət
birbaşa qarşılıqlı təsir dərin şəxsi və peşəkar transformasiya üçün zəmin yaradır.
преимущества
Rahat təlim mühiti
təlim prosesi elə təşkil olunub ki, iştirakçılar öyrənməyə tam fokuslana bilsinlər: hər kəs didaktik materiallarla təmin olunur, dərslər üçün hər cür şərait yaradılır və bu müddət ərzində operativ dəstək göstərilir.
Təcrübənin didaktik materiallara inteqrasiyası
proqramın hər bir mərhələsində nəzəriyyə təcrübə ilə sıx əlaqəlidir
Avropa məktəblərinin masterlərindən təlim almaq imkanı
Geştalt-terapiya sahəsindəki aparıcı mütəxəssislərin təcrübə və biliklərindən faydalanmaq
Qrup və təlimçilərlə canlı ünsiyyət
birbaşa qarşılıqlı təsir dərin şəxsi və peşəkar transformasiya üçün zəmin yaradır.
Biz psixologiya və psixoterapiya sahəsində fəaliyyət göstərən, beynəlxalq miqyasda böyük təlim təcrübəsi olan peşəkarlar qrupuyuq.
1980-ci ildən psixoloq və psixoterapevt, 2007-ci ildən klinik psixoloq
Fransa Geştalt-terapiya İnstitutunun (IFGT) didaktiki (1998) və supervayzeri (2000)
İspan Geştalt-terapiya Assosiasiyasının (AETG) həqiqi üzvü (1997), supervayzeri (2026) və didaktiki (2016)
Avropa Psixoloji Assosiasiyalar Federasiyasının (EFPA) psixoterapiya üzrə eksperti
Self nəzəriyyəsini 1989-cu ildə İspaniyada ilk dəfə olaraq təqdim edib
Valensiya Universitetinin psixologiya fakültəsində, Distant Təhsil üzrə Milli Universitetin (UNED), Kataloniyanın Oberta Universiteti (UOC) və Valensiyanın Katolik Universitetinin təcrübə rəhbəri olub.
İspaniya, Fransa, Belçika, Latın Amerikası ölkələri, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və Azərbaycanda Self nəzəriyyəsini tədris edib
“Pasiyentin göz yaşlarından terapevtin göz yaşlarına doğru” kitabının müəllifidir
Peşə təcrübəsi
Klinik sahədə:
1982-ci ildən etibarən psixoloq və psixoterapevt işləyir (40 ildən çox təcrübə)
Fərdi və qrup terapiyası üzrə ixtisaslaşıb
Pedaqoji fəaliyyət:
1989-cu ildə Valensiyada Geştalt-terapiya mərkəzini təsis edərək ona rəhbərlik edib
30 ildən çoxdur ki, beynəlxalq miqyasda Self nəzəriyyəsini tədris edir
İspaniyanın aparıcı universitetlərinin təcrübə rəhbəridir
9 ölkədə tədris proqramlarını həyata keçirib.
Peşəkar birliklərdə iştirak:
Geştalt-terapiya üzrə XI Beynəlxalq konqresin elmi komitəsinin üzvü (Madrid, 2009)
2008-ci ildən 2012-ci ilə qədər AEGT-nin (İspaniya Geştalt Terapiya Assosiasiyasının) İdarə heyətinin üzvü
Fransa Geştalt-Terapiya İnstitutunun (IFGT) didaktiki və supervayzeri
AEGT-nin didaktiki və supervayzeri.
Peşəkar ixtisaslaşma
1998-ci ildən İFGT-nin Didaktik üzvü
2000-ci ildən İFGT-nin supervayzeri
1997-ci ildən AEGT-nin həqiqi üzvü
2016-cı ildən AEGT-nin supervayzeri
2016-cı ildən AEGT-nin didaktiki
EFPA-nın (Avropa Psixologiya Assosiasiyaları Federasiyasının) psixoterapiya üzrə eksperti.
Peşəkar fəaliyyətinin başlanğıcında sosial tədris üzrə ixtisaslaşmışdı.
2001-ci ildən uşaqlar, böyüklər, cütlüklər və qruplarla işləyərək fərdi praktik fəaliyyətini davam etdirir.
Klinik praktika və sosial iş sahəsində təcrübəyə malikdir. Valensiyanın bələdiyyə xidmətlərində gender zorakılığının qurbanı olan yetkinlik yaşına çatmayan qızlara yardım proqramında psixoloq kimi fəaliyyət göstərib (2012-2018)
Sosial risk qrupuna daxil olan və yetkinlik yaşına çatmayanlarla işləyən müxtəlif QHT-lərlə əməkdaşlıq edib.
Peşə təcrübəsi
Klinik sahədə:
2001-ci ildən şəxsi praktika
Fərdi terapiya (uşaq və böyüklərlə)
Cütlüklərlə terapiya
Qrup terapiyası
Tapiz Psicología (Valensiya psixoloji yardım Mərkəzi, 2011-ci ildən) psixoterapevtik komandasının üzvü
Pedaqoji fəaliyyəti:
Valensiya Geştalt-terapiya Mərkəzinin müəllimi
Beynəlxalq səviyyədə tədris fəaliyyəti ilə məşğuldur
Geştalt-terapiya sahəsində mütəxəssislərin hazırlanmasında iştirak edir.
Sosial sahədə iş:
Gender zorakılığının qurbanı olan yetkinlik yaşına çatmayan qızlara yardım proqramının psixoloqu (Valensiya bələdiyyəsi, 2012-2018)
Sosial risk qrupuna daxil olan yetkinlik yaşına çatmayanlarla iş aparan QHT-lərlə əməkdaşlıq edir
Aktyorluq və ifadə texnikalarının (klounada) tədrisi
2019-cu ildən AEGT-nin (İspaniya geştalt-terapiya assosiasiyasının) həqiqi üzvü
Peşəkar fəlsəfəsi
Şəxsi və peşəkar kimliyini müəyyənləşdirən gender perspektivini həm iş, həm də peşəkar baxış bucağına inteqrasiya etməyə çalışır. Kliyentlərin müalicəsi və şəxsi inkişafı üçün terapevtik praktikada cismani, emosional və performativ elementləri birləşdirərək terapiya prosesində unikal yaradıcı yanaşma tətbiq edir.
Valensiyada Geştalt-terapiya mərkəzində universitet təcrübəsi
Geştalt yanaşma üzrə tam təlim
Əlilliyi olan insanlarla peşəkar psixoloji iş
İnsan alveri qurbanları ilə psixoloji iş
“Espai Capacita” Terapiya Mərkəzinin (Valensiya) həmtəsisçisi - 2011
“Espai Capacita”da geştalt-terapevt fəaliyyəti
Uşaq və yeniyetmələrlə iş üzrə geştalt yanaşmaya əsaslanan ixtisaslaşmış təlim
Kineziologiya təlimi (davam edir)
Peşə təcrübəsi
Mariya Qranero Dulse 2008-ci ildə Valensiya Universitetinin Psixologiya fakültəsini bitirib. Universitet təcrübəsini Valensiyadakı Geştalt-terapiya Mərkəzində Çimo Tarreqanın rəhbərliyi altında keçib və bundan sonra peşəkar təhsilini bu sahədə davam etdirməyə qərar verib. Geştalt terapiya onun terapevt olmaq istəyinə məna qataraq insanlara dəstək olmağın bir yoluna çevrilib. O peşə yolunda daim öyrənir və bacarıqlarını təkmilləşdirir. Zaman keçdikcə Mariyanın peşəkar maraq dairəsinə kineziologiya təhsili də əlavə olunub və hazırda o, bu sahədə təhsilini davam etdirir.
Peşə fəlsəfəsi
Yeniliyə olan maraq və ona açıqlıq özünü peşəkar fəaliyyətdən kənarda da büruzə verir. Son illərdə mənəvi müstəvi, dünya haqqında sualların və insanın mahiyyətinə olan marağın təbii davamı kimi onun həyatında daha böyük əhəmiyyət kəsb etməyə başlayıb. Hazırda bu komandada və məktəbdə yeni rolda iştirak etmək onun üçün böyük maraq, bağlılıq və gələcək inkişaf imkanları ilə dolu peşəkar bir çağırışdır.
Lisenziyalı psixoloq (1997) və IFGT proqramı əsasında geştalt-psixoterapevt (2010). Psixologiya fakültəsini bitirdikdən sonra psixologiyanın müxtəlif istiqamətlərini tədqiq etməyə başlayıb.
Psixoanaliz, seksologiya və psixodrama metodlarının öyrənilməsi fəaliyyətinə yön verib. Lakin peşəkar axtarışlarını davam etdirərək geştalt-terapiya və sahə nəzəriyyəsini mənimsəməyə başlayıb.
Geştalt-terapiya vasitəsilə peşəsini icra etmək və şəxsi həyatını dərk etmək yolunu tapıb.
Peşə təcrübəsi
Ümumsəhiyyə psixoloqu və Terapiados Valencia (Tibb mərkəzi № 19134) mərkəzində geştalt-psixoterapevt
San Marcelino Məşğulluq Mə rkəzində əqli pozuntulu insanlarlar iş (2003-cü ildən 2013-cü ilə qədər)
Ailə mühitindən məhrum olan uşaqlar üçün yaradılmış “NUEVO FUTURO” Ailə Evləri Assosiasiyasında 6-17 yaşlı uşaq və yeniyetmələrlə iş (1997-1999)
Sosial sahədə fəaliyyət:
«Quina és la diferència» assosiasiyası üçün “Psixi pozuntulu insanlar üçün yay məktəbi”nin koordinasiyası (2002)
ASPRONA assosiasiyasında əqli pozuntulu insanlar üçün yay məktəbləri
Pedaqoji fəaliyyət: Valensiya Universitetinin Psixologiya Fakültəsinin Şəxsiyyət, Qiymətləndirmə və Psixoloji Müalicə kafedrasının Klinik Psixologiya və Seksologiya üzrə praktikumunun proqramlaşdırılmasında və hazırlanmasında iştirak (1999-2002)
Peşə səriştələri
Psixologiya üzrə Lisenziya, Valensiya Universiteti, 1997-ci il buraxılışı
Geştalt-psixoterapevt, Fransız Geştalt Terapiya Universiteti (İFGT), 2010
CV-06795 qeydiyyat nömrəli ümumsəhiyyə psixoloqu
2021-ci ilin may ayından AEGT-nin həqiqi üzvü (İspan Geştalt-Terapiya Assosiasiyası)
Psixologiya sahəsində Avropa səviyyəli kvalifikasiya (Europsy)
“Şəxsiyyət kafedrası”nda klinik psixoloq və seksologiya kabinetində peşəyəqədərki təcrübə (1997)
Madriddə Kastilya meydanı məhkəmələrinin Məhkəmə-tibbi klinikasının məhkəmə psixologiyası şöbəsində qanunpozanlar və qurbanlara diaqnoz və yardım üzrə peşəyəqədərki təcrübə (1996)
Peşə fəlsəfəsi
Psixologiya fakültəsini bitirdikdən sonra dünyagörüşümlə səsləşən psixoterapevtik istiqaməti tapmaq üçün müxtəlif yanaşmaları öyrənməyə başladım. Hər bir insanın unikallığına hörmət edən və şəxsiyyətin fərdiliyini nəzərə alan iş formasını tapmaq prinsipial əhəmiyyət daşıyırdı. İnsanlara olan daimi və dərin professional maraq insanlarla və dünya ilə təmasda olmağın bir növü kimi geştalt-terapiyaya gətirdi. Bu yanaşma yalnız peşəkar seçim deyil, öz həyatımı dərketmə üsuluna çevrildi.
Ümumsəhiyyə psixoloqu və geştalt-psixoterapevt. Valensiyada Terapiados mərkəzində işləyərək fərdi və cütlük terapiyasını həyata keçirir.
Peşə təcrübəsinin unikal birliyi: informatika üzrə elmi dərəcə (PhD.), Valensiya Politexnik Universitetinin keçmiş professoru (23 illik pedaqoji faəliyyət), peşəkar musiqiçi (pianoçu və vokalist), beynəlxalq səviyyəli geştalt-terapevt.
Ruella Frank ilə birgə Developmental Somatic Psychotherapy (Bədən vasitəsilə inkişaf psixoterapiyası) proqramının həmtəsisçisidir. AETG-nin supervayzeridir. Avropa Geştalt-terapiya Assosiasiyasının (EAGT) həqiqi üzvüdür, assosiasiyanın vitse-prezientidir. Nyu-York geştalt-terapiya İnstitutunun assosiativ üzvüdür.
Peşəkar təcrübə
Klinik sahədə:
Valensiya, Terapiados Mərkəzinin geştalt-psixoterapevti
Fərdi terapiya
Cütlük terapiyası
Səs və ifadə üzrə ixtisaslaşma
Pedaqoji təcrübə:
Geştalt-terapiyanın beynəlxalq tədrisi
Ruella Frank ilə Bədən vasitəsilə İnkişaf Psixoterapiyası proqramının metodoloqu
Valensiya Geştalt-terapiya Mərkəzinin təlimçilər qrupunun üzvü
Əlavə Karyera:
İnformatika üzrə üzrə fəlsəfə doktoru
Valensiya Politexnik Universitetində professor (23 illik pedaqoji təcrübə)
Peşəkar pianoçu
Musiqi təcrübəsinin terapiyaya inteqrasiyası
Peşə səriştələri
Psixologiya üzrə lisenziya, 2010
Geştalt-psixoterapevti, 2010
Bədən vasitəsilə İnkişaf Psixoterapiyasının təsisçisi, 2016
Avropa Geştalt-Terapiya Assosiasiyasının (EAGT) həqiqi üzvü
Avropa Geştalt-Terapiya Assosiasiyasının vitse-prezidenti (hazırda)
Nyu-York Geştalt-Terapiya İnstitutunun assosiativ üzvü
İnformatika üzrə fəlsəfə doktoru
Professional musiqi təhsili (fortepiano, vokal)
Peşə fəlsəfəsi
David fərqli səriştələrin unikal vəhdətini təmsil edir: elmi təfəkkür, yaradıcı özünüifadə və psixoterapevtik ustalıq (geştalt-terapiya). Səs və ifadə ilə işləmək xüsusi maraq kəsb edir. Elmi, yaradıcı və terapevtik təcrübənin unikal vəhdəti ona işləmək üçün çoxölçülü yanaşma yaratmağa imkan verir, burada məntiq, yaradıcılıq və bədən qarşılıqlı təsir göstərir.
20 ildən çox təcrübəsi olan klinik psixoloq, geştalt-terapevt və təlimçi. Sərhəd şəxsiyyət pozuntusu ilə iş üzrə mütəxəssis.
Psixoanaliz və tranzakt analiz sahələri üzrə təhsil alması ona həm terapevtik praktikasında, həm də tədris fəaliyyətində müxtəlif yanaşmaları uğurla inteqrasiya etməyə imkan verir.
Peşə təcrübəsi
Klinik sahədə:
Klinik psixoloq
Geştalt-terapevt
Sərhədi şəxsiyyət pozuntusu ilə iş üzrə ixtisaslaşma
Pedaqoji fəaliyyət:
Geştalt-terapiya üzrə təlimçi (20 ildən çox)
Valensiyada “Geştalt-terapiya mərkəzinin” dəvət olunmuş təlimçisi
İxtisaslaşmış seminar və master-klasların keçirilməsi
Geştalt- terapevt, IFGT-nin (Fransa Geştalt-Terapiya İnstitutunun) beynəlxalq səviyyəli treneri və supervayzeri Psixomotorika üzrə mütəxəssis
2011-2021-ci illərdə IFGT-nin direktoru. Bədən vasitəsilə özünüifadə texnikaları üzrə təlim keçib. Geştalt-terapiyanın uşaqlar və yeniyetmələrlə işdə tətbiqi üzrə mütəxəssis və tədqiqatçı.
Peşə təcrübəsi
Klinik sahədə:
Geştalt-terapevt
Psixomotorika üzrə mütəxəssis
Uşaq və yeniyetmələrlə iş üzrə ixtisaslaşma
Pedaqoji fəaliyyət:
İFGT-nin beynəlxalq səviyyəli təlimçisi
İFGT-nin beynəlxalq səviyyəli supervayzeri
Valensiyada “Geştalt-terapiya mərkəzinin” dəvət olunmuş təlimçisi
Uşaq və yeniyetmələrlə iş üzrə ixtisaslaşmış seminarların keçirilməsi